Bank Of Baku

Qəbələ Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində qədim maddi-mədəniyyət nümunələri aşkar edilib

Qəbələ Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində qədim maddi-mədəniyyət nümunələri aşkar edilib
# 13 iyul 2011 20:44 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov-APA. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ şəhərində arxeoloji qazıntılar aparır. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi tarix elmləri üzrə fəlsəfə doktoru Ceyhun Eminli APA-nın Şirvan bürosuna bildirib ki, onun rəhbərliyi ilə indiki Çuxur Qəbələ kəndi ərazisində yerləşən qədim Qəbələ şəhərinin Səlbir qazıntı sahəsində aparılan genişmiqyaslı arxeoloji tədqiqatlar zamanı torpağın ən alt qatlarında antik dövr üçün səciyyəvi olan qəbir abidələri, bəzək əşyaları və digər maddi mədəniyyət nümunələri aşkar olunub.
Türk-xəzər tayfalarından olan sabirlərin (savirlər) adı ilə əlaqələndirilən Səlbir ərazisinin şimal müdafiə divarının tədqiqatı zamanı divarın alt təbəqəsinin antik dövrə aid olduğu müəyyən edilib. Həmçinin, VIII-X əsrlərə aid müxtəlif təyinatlı bina qalıqları, kürə və təndirxanalar, təsərrüfat quyuları və anbarlar, istehsalat və əmək alətləri, şəhərin su təchizatı sistemi, saxsı və şüşə qablar, bəzək əşyaları, gümüş və mis sikkələr aşkar edilib. Tapılan arxeoloji materiallar X əsrin sonlarına qədər bu ərazidə intensiv şəhər həyatının olduğunu göstərir. Arxeoloji qazıntılarla bərabər konservasiya işləri də aparılmaqdadır. Bu da öz növbəsində, arxeoloji turizm sahəsinin inkişafına öz töhfəsini verəcəkdir.
Qeyd edək ki, Qəbələ Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinə daxil olan 12 hektarlıq Səlbir sahəsində qazıntıların nəticəsi olaraq orada açıq səma altında arxeoloji parkın (muzey) yaradılması nəzərdə tutulur. Hazırda ərazidə qazıntı işləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR