Bank Of Baku

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan 1052 bakalavr hələ də daxil olduqları ali məktəbdə qeydiyyatdan keçməyib

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan 1052 bakalavr hələ də daxil olduqları ali məktəbdə qeydiyyatdan keçməyib
# 14 iyul 2011 08:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan 4396 bakalavrdan 1052 nəfəri hələ də daxil olduqları ali məktəbdə qeydiyyatdan keçməyib. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, 3344 nəfər bakalavr daxil olduğu ali məktəbdə artıq qeydiyyatdan keçib. Magistraturaya qəbul olanlar sabah saat 17.00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək. Həmin bakalavrların yeri vakant elan olunacaq və magistraturaya boş qalan yerlərlə birlikdə həmin yerlərə qəbul elan ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR