Bank Of Baku

Azərbaycanın orta məktəblərində vakant müəllim yerlərinə 2177 yerə qarşı 7515 sənəd verilib

Azərbaycanın orta məktəblərində vakant müəllim yerlərinə 2177 yerə qarşı 7515 sənəd verilib
# 14 iyul 2011 09:01 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə elan edilən vakant yerlər üçün elektron ərizələrin qəbulu iyunun 15-i saat 9:00-dan dayandırılacaq. Bu haqda APA-ya Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov məlumat verib. F. Qədirov bildirib ki, bu günə olan məlumata görə, vakant yerlərə 7515 nəfər sənəd verib.

Ərizələrin 1484-ü ibtidai sinif, 1290-ı ingilis dili, 1093-ü Azərbaycan dili və ədəbiyyat, 827-i riyaziyyat, 622-si tarix, 412-i fizika, 345-i informatika, 353-ü biologiya, 276-sı kimya, 245-i fiziki tərbiyə, 107-si əmək hazırlığı, 55-i gənclərin çağırışa qədərki hazırlığı, 36-sı musiqi və nəğmə, 36-sı təsviri incəsənət, rəsmxət ixtisasları üzrədir: “Bütün ixtisaslar üzrə ərizə verənlərin 70 faizdən çoxu Bakı şəhərində olan vakant yerləri seçib”.

F. Qədirov deyib ki, hazırda Azərbaycanda 2177 müəllimə ehtiyac var. Vakant yerlərin 347-si Bakı, 1803-ü isə digər şəhər və rayonlar üzrədir. Elan edilən ümumi vakant yerlərin 265-i Azərbaycan dili və ədəbiyyat, 261-i coğrafiya, 241-i ingilis dili, 223-ü tarix, 188-i informatika, 166-sı biologiya, 152-si fiziki tərbiyə, 141-i kimya və digər ixtisaslar üzrədir: “Bakı şəhəri üzrə vakant yerlərdən 89-u fiziki tərbiyə, 68-i ingilis dili, 29-u informatika, 26-sı riyaziyyat, 24-ü tarix, 23-ü ibtidai sinif, 22-si Azərbaycan dili və ədəbiyyat, qalanları isə başqa ixtisasların payına düşür. Digər şəhər və rayonlarda isə vakant olan müəllim yerlərindən 244-ü coğrafiya, 199-u tarix, 173-ü ingilis dili, 159-u riyaziyyat, 159-u informatika və digər ixtisaslar üzrədir”.

Qeyd edək ki, avqustun 1-dən etibarən müəllimlər üçün müsabiqələrin keçirilməsinə başlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR