Bank Of Baku

Azərbaycanda sterilizasiya qurğusunun tikilməsi ilə bağlı avadanlıqların alınması üçün elan edilən tenderin qalibi sentyabra qədər müəyyənləşəcək

Azərbaycanda sterilizasiya qurğusunun tikilməsi ilə bağlı avadanlıqların alınması üçün elan edilən tenderin qalibi sentyabra qədər müəyyənləşəcək
# 14 iyul 2011 09:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda sterilizasiya qurğusunun tikilməsi ilə bağlı avadanlıqların alınması üçün elan edilən tenderin qalibi hələ müəyyənləşməyib. Bu barədə APA-ya açıqlamasında sterilizasiya qurğusu ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) müzakirələr aparmaq üçün Vyanada səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, tenderdə iştirak edən 6 şirkətdən hazırda 3-ü saxlanılıb: “Tenderlə bağlı son qərar hələ verilməyib. Bir neçə məsələ dəqiqləşdirilməlidir. Bununla bağlı həmin şirkətlərə sorğu göndərilib. Onların göndərəcəkləri məlumatlar yenidən təhlil olunacaq. Bundan sonra bütün parametrlərə cavab verən şirkət seçiləcək. Sentyabr ayına qədər bu məsələlər həll olunacaq”. A. Qəribov tenderdə iştirakçı qismində qalan ölkələrin və onların şirkətlərinin hələlik açıqlanmadığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR