Bank Of Baku

Milli Məclisin komitə sədrinin müavini: “Azərbaycanın SSRİ dövründə banklarda batmış əmanətləri qaytarmaq imkanı var”

Milli Məclisin komitə sədrinin müavini: “Azərbaycanın SSRİ dövründə banklarda batmış əmanətləri qaytarmaq imkanı var”
# 14 iyul 2011 10:56 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev bildirib.

Ç. Əsədullayevin sözlərinə görə, iki ildən artıqdır ki, parlamentdə bununla bağlı İşçi Qrupu fəaliyyət göstərir. Aparılan müzakirələr zamanı bir sıra problemlərin meydana çıxdığını deyən millət vəkili bunların əsasən əmanətlərin hansı qaydada indeksləşdirilməsi, prosesin hansı prinsiplər əsasında aparılması ilə bağlı olduğunu vurğulayıb.

«Bu gün Azərbaycanın bu vəsaitləri qaytarmaq imkanı var. Büdcənin imkanları artıb və maliyyə məsələləri ilə bağlı hər hansı problem yoxdur», - deyə Ç. Əsədullayev vurğulayıb.

Qeyd edək ki, SSRİ dövründə Azərbaycan əhalisinin banklarda batmış əmanətlərinin 600 milyon manatdan çox olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR