Bank Of Baku

Zərdabda Bayraq Meydanının açılışı keçirilib

Zərdabda Bayraq Meydanının açılışı keçirilib
# 14 iyul 2011 11:37 (UTC +04:00)
Zərdab. Zahid Abışov – APA. Zərdab rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2 mərtəbəli, 16 mənzilli yaşayış binasının açılış mərasimi keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, mərasimdə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev, Müdafiə Nazirliyinin tərbiyəvi işlər idarəsinin rəis müavini Abdulla Qurbani, Müharibə əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, millət vəkili Jalə Əliyeva da iştirak edib. Çıxış edənlər yeni mənzil alanları təbrik edib, mənzillərin orderləri sahiblərinə təqdim olunub.

Zərdab şəhərində Heydər Əliyevin hakimiyyətə gəlməsinin 42-ci ildönümü münasibəti ilə Bayraq Meydanının da açılışı keçirilib. Bayraq dirəyinin hündürlüyünün 42 metr olduğu bildirilib.

Bu gün, həmçinin Zərdabın giriş qapısının açılışı olub. Türkiyədə hazırlanan elektron tipli, simvolik giriş qapısının üzərində 1 milyondan çox kiçik lampa quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR