Bank Of Baku

Azərbaycanda müəllimlər üçün vakant yerlərə ərizə qəbulunun vaxtı uzadılıb

Azərbaycanda müəllimlər üçün vakant yerlərə ərizə qəbulunun vaxtı uzadılıb
# 14 iyul 2011 14:41 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Azərbaycanın ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu üzrə elan edilən vakant yerlər üçün elektron ərizələrin qəbulunun vaxtı uzadılıb. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən APA-ya verilən məlumata görə, ərizə qəbulunun iyulun 15-i saat 9.00-da dayandırılması nəzərdə tutulsa da, bu vaxt iyulun 15-i saat 18.00-a dəyişdirilib.

Qeyd edək ki, bu günədək vakant yerlərə 2177 yerə qarşı 7517 nəfər ərizə verib. Elektron ərizələrin qəbulu sabah başa çatacaq, avqustun 1-dən isə müəllimlər üçün müsabiqələrin keçirilməsinə başlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR