Bank Of Baku

Kvemo-Kartli bölgəsinin qubernatoru azərbaycanlı və erməni jurnalistlərlə görüşüb - FOTO

Kvemo-Kartli bölgəsinin qubernatoru azərbaycanlı və erməni jurnalistlərlə görüşüb - <font color=red>FOTO</font>
# 14 iyul 2011 14:54 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, qubernator bölgənin sosial-iqtisadi həyatından, yeni layihələrin həyata keçirilməyindən və burada kompakt yaşayan azərbaycanlıların problemlərindən söhbət açıb. D. Kirkitadze bölgədə hələ də işsizliyin, eyni zamanda məktəblərdə kadr çatışmazlığıının mövcud olduğunu, təhsilin inkişafında problemlərin getdikcə həll olunacağını bildirib. O, Gürcüstan təhsil nazirinin Azərbaycana səfərini xatırladıb və hər iki ölkənin təhsil nazirləri arasında problemlərin həlli üçün danışıqlar aparıldığını qeyd edib. Qubernator deyib ki, Kvemo-Kartli bölgəsində 103-dən çox Azərbaycan və 20 erməni məktəbi fəaliyyət göstərir. D.Kirkitadze Marneulinin Xocornu kəndində Azərbaycan və erməni şagirdlərinin birlikdə təhsil aldığı məktəbin də fəaliyyət göstərdiyini vurğulayıb: “Keçən il 6 yeni tikilən orta məktəbi istifadəyə verdik. Bu işdə biz Heydər Əliyev Fondu ilə birlikdə müxtəlif layihələr həyata keçirdik. Bölgədə Heydər Əliyev Fondunun və Türkiyənin TİKA təşkilatının, Yaponiyanın Gürcüstandakı səfirliyinin həyata keçirdiyi layihələr çoxdur. Bu təşkilatlar eyni zamanda məktəblərin yenidən reabilitasiyasını həyata keçirirlər”.
D.Kirkitadze ARDNŞ-in Gürcüstan nümayəndəliyinin, “Akkord” və “Azərinşaat” şirkətlərinin həyata keçirdiyi layihələrdən də danışıb və Telet-Samsxe-Cavaxeti yolunun asfaltlaşdırılmasında Azərbaycan şirkətinin də rolunu vurğulayıb.
Görüşdə 6 azərbaycanlı, 6 erməni jurnalist iştirak edib. Bölgə qubernatoru jurnalistlərinin çoxsaylı suallarına cavab verib.
Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze APA-ya açıqlamasında bildirib ki, azərbaycanlı və erməni jurnalistlərin bölgəyə gəlişi çox vacibdir. “Onlar maraqlanırlar ki, bölgədə etnik azlıqlar necə yaşayır, onların sosial vəziyyəti necədir, problemləri həlli necə gedir. Biz sevinirik ki, bizim problemlərimiz qabardılır. Mən həmişə hazıram belə bir heyəti qəbul edim. Bu etnik azlıqlar arasında sülhü, əmin-amanlığı təmin etməyə kömək edəcək”.
Qeyd edək ki, jurnalistlər azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər edib, burada fəaliyyət göstərən yerli televiziyanın rəhbərliyi ilə və Marneuli Gənclər Mərkəzində fəaliyyət göstərən azərbaycanlı gənclərlə və onların həyata keçirdikləri layihələrlə tanış olublar. Jurnalistlər ermənilərin kompakt yaşadıqları Samsxe-Cavaxeti bölgəsində də olacaqlar.
Xatırladaq ki, jurnalistlərin görüşü “Qonşular” proqramı çərçivəsində Sülh və Müharibə İnstitutunun təşkilatçılığı və dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR