Bank Of Baku

Azərbaycanda bir özəl universitet və kollec akkreditasiyadan keçirilib, bir kollecin akkreditasiyasından isə imtina edilib

Azərbaycanda bir özəl universitet və kollec akkreditasiyadan keçirilib, bir kollecin akkreditasiyasından isə imtina edilib
# 14 iyul 2011 15:05 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti, Bakı Texniki Kolleci və Sumqayıt Musiqi Kollecinin akkreditasiyası məsələsi müzakirə olunub. İclas iştirakçıları Akkreditasiya Şurasının ötən iclasında Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə dair dinlənilmiş arayışa və həmin vaxtdan keçmiş dövr ərzində qüsurların aradan qaldırılması istiqamətində görülmüş işlərə əsasən, bu təhsil müəssisəsinin akkreditasiyadan keçirilməsi barədə qərar qəbul edib.

Akkreditasiya Şurası Bakı Texniki Kollecinin akkreditasiyadan keçməsi barədə müsbət qərar qəbul edib. Sumqayıt Musiqi Kolleci ilə bağlı isə bildirilib ki, kollecin maddi-texniki bazasında mövcud olan problemlər həll edildikdən sonra onun akkreditə olunması barədə konkret qərar qəbul etmək olar.

İclasda təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası üzrə mövcud meyarlara müəyyən əlavə və dəyişikliklər edilməsini də tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR