Bank Of Baku

Azərbaycanın Şamaxı rayonunda VIII əsrə aid Gülüstan qalasında arxeoloji qazıntılara başlanıb

Azərbaycanın Şamaxı rayonunda VIII əsrə aid Gülüstan qalasında arxeoloji qazıntılara başlanıb
# 15 iyul 2011 07:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu Arxeoloji Ekspedisiyası Şamaxı rayonunda VIII əsrə aid Gülüstan qalasında arxeoloji qazıntılara başlayıb. İnstitutdan APA-ya verilən məlumata görə, ekspedisiyanın rəisi Akif Quliyev bildirib ki, Gülüstan qalasında aparılan tədqiqatlar orta əsr Şirvanşahlar dövləti tarixi, eləcə də Azərbaycan tarixinin qaranlıq səhifələrinin öyrənilməsində mühüm yer tutur. Onun sözlərinə görə, Azərbaycanın dövlətçilik tarixində mühüm yerə malik Gülüstan qalası arxeoloji turizm baxımından da böyük önəm daşıyır: “Bu, tək regionun deyil, ümumilikdə Azərbaycanın beynəlxalq aləmdə tanınmasında böyük rol oynaya bilər”.

Məlumatda qeyd olunub ki, gələcəkdə bu abidənin konservasiya və bərpası Azərbaycana turizm axınını gücləndirə bilər. Qalaya gedən yolun yarasız hala düşməsi ekspedisiyanın işində, həmçinin turistlərin qalaya gəlməsində böyük çətinliklər törədir. Mütəxəssislərin fikrincə, bu problemin həlli böyük bir vəsait təşkil etmir. Müvafiq icra hakimiyyəti orqanları bu problemi yaxın müddətdə həll edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR