Bank Of Baku

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb
# 15 iyul 2011 09:34 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 13-də keçirilən dermatovenerologiya, mikrobiologiya və şüa diaqnostikası ixtisasları üzrə imtahanlarda ümumilikdə 102 həkim iştirak edib. İştirakçılardan 4 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 89 nəfər uğurlu nəticələr əldə edib.

Növbəti test imtahanları kardiologiya, revmatologiya və nevrologiya ixtisasları üzrə iyulun 20-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR