Bank Of Baku

Azərbaycanda orta əmək haqqı 11% artıb

Azərbaycanda orta əmək haqqı 11% artıb
# 15 iyul 2011 10:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,7% artaraq 351,3 manat təşkil edib. Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, informasiya və rabitədə, tikintidə orta aylıq əmək haqqı daha yüksək olub. Belə ki, məsələn, sənayedə çalışanların orta aylıq əmək haqqı 520,3 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 512,4 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR