Bank Of Baku

Füzuli Ələkbərov: “Əlilliyi müəyyənləşdirən meyarlara yenidən baxılır”

Füzuli Ələkbərov: “Əlilliyi müəyyənləşdirən meyarlara yenidən baxılır”
# 15 iyul 2011 10:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Əlilliyi müəyyənləşdirən meyarlara yenidən baxılır. Bu baxımdan qeyri-hökumət təşkilatlarının fikirləri bizim üçün maraqlıdır”. APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov nazirlikdə yaradılan ictimai şuranın ilk iclasında bildirib. Nazir deyib ki, bu vaxtadək nazirliyin nəzdində olan sosial obyektlərin heç də hamısı təyinatı üzrə fəaliyyət göstərə bilməyib: “Bu ildən başlayaraq həmin obyektlərdə təmir işləri aparılacaq. Əlillərin cəmiyyətə inteqrasiyasının təmin olunması məqsədilə Azərbaycanda yeni müəssisələr də yaradılacaq. Bunlar Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi, yetkinlik yaşına çatmayanlar üçün sosial reabilitasiya mərkəzləri və sosial sığınacaqlardır”.

F. Ələkbərov qeyd edib ki, hazırda nazirlikdə daha çox diqqət yetirilən məsələlərdən biri də ünvanlı sosial yardım mexanizminin təkmilləşdirilməsidir: “İstəyirik ki, müraciət mexanizmini təkmilləşdirərək məmur-vətəndaş əlaqələrini minimuma endirək. Bizim təklifimiz ondan ibarətdir ki, vətəndaş əmək və əhalinin sosial müdafiə mərkəzlərinə gəlmədən elektron vasitələrlə müraciətini göndərsin. Amma aztəminatlı ailələrin cəmi 2 faizində kompüter var. Buna görə də eyni zamanda poçt sistemindən də istifadə edilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR