Bank Of Baku

TQDK sədri: “Orta məktəbləri qızıl və gümüş medalla bitirən abituriyentlərin qəbul imtahanlarında göstərdiyi nəticələr yüksəkdir”

TQDK sədri: “Orta məktəbləri qızıl və gümüş medalla bitirən abituriyentlərin qəbul imtahanlarında göstərdiyi nəticələr yüksəkdir”
# 15 iyul 2011 11:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Bu il orta məktəbləri qızıl və gümüş medalla bitirən məzunların qəbul imtahanlarında göstərdiyi nəticələr yüksəkdir. Bu, yaxşı haldır. Amma təhsilin ümumi səviyyəsini də qaldırmaq lazımdır”. APA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, ali məktəblərin III ixtisas qrupuna sənəd verən abituriyentlərdən 7-si qızıl, 3-ü gümüş medalçı olub. Onlardan bir nəfəri qəbul imtahanına gəlməyib. 1 nəfər isə ümumiyyətlə, ali məktəbə sənəd verməyib. III ixtisas qrupu üzrə medalçıların ən minimal balı 492, ən maksimal balı 670 olub. I ixtisas qrupu üzrə 8 qızıl, 3 gümüş medalçı abituriyent imtahan verib. Bu qrup üzrə medalçıların ən minimal göstəricisi 599, ən maksimalı isə 690 bal olub.

TQDK sədri qeyd edib ki, sabah keçiriləcək IV ixtisas qrupunun imtahanında 10 qızıl, 4 gümüş medalçı abituriyent imtahan verəcək: “Qızıl və gümüş medal alan abituriyentlərin sayı II ixtisas qrupunda daha çoxdur. Bu qrup üzrə 12 qızıl, 5 gümüş medalçı abituriyent imtahan verəcək. Bizi çox sevindirir ki, orta məktəbləri qızıl və gümüş medalla bitirən abituriyentlər bunu doğruldur. Amma bu, bir növ vitrindir. Burada hər şey yaxşı olmalıdır. Orta məktəbləri bitirən 100 min məzundan yalnız 36-sı qızıl medal alıb. Qəbul imtahanında 0-100 bal toplayan məzunların sayı isə kifayət qədərdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR