Bank Of Baku

Ali məktəblərin magistraturasına qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb

Ali məktəblərin magistraturasına qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb
# 15 iyul 2011 12:11 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bakalavrlar iyulun 18-i saat 17.00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.
Qeyd edək ki, magistraturaya qəbul olan bakalavrların daxil olduqları ali məktəbdə qeydiyyatdan keçmə müddəti bu gün saat 17.00-da başa çatmalı idi. Lakin 646 nəfər hələ də daxil olduqları ali məktəbdə qeydiyyatdan keçmədiyindən TQDK bu prosesi 3 gün uzatmaq qərarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR