Bank Of Baku

TQDK sədri : “Ali məktəblərin I ixtisas qrupu üzrə müsabiqə vəziyyəti yüksək olmayacaq”

TQDK sədri : “Ali məktəblərin I ixtisas qrupu üzrə müsabiqə vəziyyəti yüksək olmayacaq”
# 15 iyul 2011 12:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Bu il ali məktəblərin I ixtisas qrupu üzrə müsabiqə vəziyyəti yüksək olmayacaq. Bu ixtisas qrupu üzrə müsabiqəyə buraxılan 9513 nəfər ixtisaslarını topladıqları ballara uyğun seçsələr, ali məktəblərə qəbul oluna bilərlər”. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu il I ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla plan yerlərinin sayı 9374-dür. Müsabiqəyə imtahanda 200 baldan yuxarı nəticə göstərən abituriyentlər buraxılıb. Bu, imtahanda iştirak edən abituriyentlərin 29 faizi deməkdir. Bu ilin məzunlarının 42 faizi, ötən ilin məzunlarının isə 13 faizi müsabiqəyə buraxılıb.

TQDK sədri deyib ki, müsabiqəyə buraxılan abituriyentlərin 4511 nəfəri dövlət sifarişli yerlərə iddialıdır: “Bu il I ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı isə 3996-dır. Bu isə o deməkdir ki, 300 baldan yuxarı nəticə göstərən hər bir abituriyent dövlət sifarişli yerlərdə öz yerini tapa bilər. Dövlət sifarişli yerlərə iddiaçı olanların 475 nəfəri əvvəlki illərin məzunudur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR