Bank Of Baku

Azərbaycanın ümumtəhsil məktəblərində vakant müəllim yerləri üçün verilmiş ərizələrin yekun sayı açıqlanıb

Azərbaycanın ümumtəhsil məktəblərində vakant müəllim yerləri üçün verilmiş ərizələrin yekun sayı açıqlanıb
# 15 iyul 2011 16:47 (UTC +04:00)
Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən APA-ya verilən məlumata görə, ərizələrin qəbulu üçün iyulun 1-dən 15-dək elan edilən vaxt ərzində vakant yerlərə 9342 nəfər ərizə təqdim edib. Ərizələrin çoxu ibtidai sinif, ingilis dili, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasları üzrə təqdim olunub. Elektron ərizələrin 1834-ü ibtidai sinif, 1610-u ingilis dili, 1389-u Azərbaycan dili və ədəbiyyat, 1018-i riyaziyyat, 761-i tarix, 506-sı fizika, 440-ı informatika, 436-sı biologiya, 408-i coğrafiya, 338-i kimya, 307-si fiziki tərbiyə, 137-si əmək hazırlığı, 68-i gənclərin çağırışaqədərki hazırlığı, 47-si musiqi və nəğmə, 43-ü təsviri incəsənət və rəsmxət ixtisasları üzrədir. Bütün ixtisaslar üzrə ərizə verənlərin 70 faizdən çoxu Bakı şəhərində olan vakant yerləri seçiblər.

Qeyd edək ki, hazırda Azərbaycanda 2177 müəllimə ehtiyac var. Vakant yerlərin 374-ü Bakı şəhəri üzrə, 1803-ü isə digər şəhər və rayonlar üzrədir. Vakant yerlərə ərizə verən müəllimlər üçün avqustun 1-dən müsabiqələrin keçirilməsinə başlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR