Bank Of Baku

Azərbaycan-Fransa birgə ekspedisiyası Tovuzda arxeoloji tədqiqat işlərini davam etdirir

Azərbaycan-Fransa birgə ekspedisiyası Tovuzda arxeoloji tədqiqat işlərini davam etdirir
# 16 iyul 2011 10:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyasının Tovuz rayonunun Mentaş yaşayış yerində apardığı arxeoloji tədqiqat işləri ilə tanış olmaq üçün bölgəyə səfər edib. İnstitutdan APA-ya verilən məlumata görə, beynəlxalq ekspedisiyaya Azərbaycan tərəfindən tarix üzrə fəlsəfə elmlər doktoru Fərhad Quliyev, Fransa tərəfindən isə Bertil Lionet rəhbərlik edir. Gələcəkdə abidədə tədqiqat işlərinin genişləndirilməsi bu işlərə digər ölkələrin də mütəxəssislərinin cəlb edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, həmin ərazidə tədqiqat işlərinə 2007-ci ildən başlanılıb. Yaşayış məskənindən eneolit və neolit dövrlərinə aid maddi-mədəniyyət nümunələri tapılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR