Bank Of Baku

FHN və MTN-in akademiyalarına qəbul imtahanlarının nəticələri açıqlanıb

FHN və MTN-in akademiyalarına qəbul imtahanlarının nəticələri açıqlanıb
# 16 iyul 2011 11:50 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, FHN-in “Fövqəladə hallar və həyat təhlükəsizliyi” ixtisasına keçid balı 315, “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasına isə keçid balı 250 olub. MTN-in I ixtisas qrupuna daxil olan “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasına keçid balı isə 337 olub.

Müsabiqə nəticəsində FHN-in Akademiyasına qəbul olmuş tələbələrin siyahısı FHN-ə, MTN-in Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı MTN-ə göndərilib.

Məlumatda bildirilir ki, həmin ali məktəblərə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr FHN və MTN-in akademiyalarına müraciət edərək qeydiyyatdan keçməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR