Bank Of Baku

Azərbaycanda 29 abituriyent ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarından xaric edilib

Azərbaycanda 29 abituriyent ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarından xaric edilib
# 18 iyul 2011 07:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında qaydaları pozduğuna görə 29 abituriyent imtahandan xaric edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, IV qrup üzrə ərizə vermiş 14619 abituriyentdən 689 nəfəri imtahana gəlməyib. İmtahan respublikanın 4 şəhərində - Bakıda 21, Naxçıvanda 3, Gəncədə 3, Lənkəranda 2 binada aparılıb. İmtahanın idarə olunması üçün Komissiyada TQDK-da operativ qərargah fəaliyyət göstərib, imtahan prosesinin gedişi nəzarətdə saxlanıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR