Bank Of Baku

Bakıda IV ixtisas qrupunun imtahanları zamanı 22 nəfərə tibbi yardım göstərilib

Bakıda IV ixtisas qrupunun imtahanları zamanı 22 nəfərə tibbi yardım göstərilib
# 18 iyul 2011 08:07 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib. Onun sözlərinə görə, həmin şəxslərdən 16-na ambulator yardım edilib. Yardım edilənlərdən 5 nəfəri valideyn, 1 nəfəri müəllim, qalanları isə abituriyentlər olub. M. Həmidov deyib ki, müraciət edən abituriyentlərdən 1 nəfər Respublika Klinik Xəstəxanasına hospitalizə edilib: “Bakı Slavyan Universitetindən edilən müraciətə əsasən, Naxçıvan sakini olan həmin şəxsdə naməlum etiologiyalı qıcolma olduğundan həmin şəxs xəstəxanaya yerləşdirildi. Bakı kəndlərindən olan bir nəfər abituriyent isə xəstəxanaya gətirilərək yardım ediləndən sonra imtahana qaytarılıb. Həmin şəxsi imtahandan bir gün qabaq it dişlədiyinə görə, onda qanaxma var idi. Ona Klinik Tibbi Mərkəzdə quduzluq əleyhinə zərdab vurulandan sonra geri qaytarıldı. İmtahan zamanı müraciət edən müəllimin isə təzyiqi yüksək olduğundan ona yardım edilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR