Bank Of Baku

Azərbaycan ərazisində qızmar hava davam edəcək

Azərbaycan ərazisində qızmar hava davam edəcək
# 18 iyul 2011 08:41 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 21-26, gündüz 33-37, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27° isti olacaq.

İyulun 20-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.
Gecə 20-25, gündüz 34-38 dərəcə isti gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 19-da hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti gözlənilir.

İyulun 20-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava fonunda yüksək temperatur güclü isti diskomfort şərait yaratmaqla meteohəssas insanlar üçün əlverişsizdir. Günün qızmar vaxtı uzun müddət açıq havada qalmaq məsləhət deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR