Bank Of Baku

DSMF sədri: “Bu həftədən pensiyaların artımlarla birlikdə maliyyələşməsinə başlanıb”

DSMF sədri: “Bu həftədən pensiyaların artımlarla birlikdə maliyyələşməsinə başlanıb”
# 18 iyul 2011 09:29 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. “Pensiya artımlarının əhaliyə çatdırılmasında texniki işlərin yerinə yetirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilməkdədir. Artıq bu həftədən etibarən qrafiklə pensiyaların artımlarla birlikdə maliyyələşməsinə başlanılıb”. “APA-Economics”in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bunu bu gün fondda keçirilən 2011-ci ilin I yarımilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib.

S.Müslümov qeyd edib ki, bu ilin ilk yarısında xüsusilə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə çox ciddi islahat tədbirləri həyata keçirilib: “Belə ki, “Əmək pensiyaları haqqında” qanuna edilən əlavə və dəyişikliklərlə vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə daha sıx inteqrasiyası təmin edilib. Pensiya təyinatında tətbiq olunan yeni qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqları yenidən hesablanaraq, təxminən 845 min nəfər əmək pensiyaçısının pensiyası əsaslı şəkildə, təxminən 40% artırılıb”.

S.Müslümov bildirib ki, elmi dərəcəsi olan əmək pensiyaçılarının da sosial müdafiəsi möhkəmləndirilib: “İyulun 1-dən elmi dərəcəsi olan işləməyən və azı 25 il elmi-pedaqoji fəaliyyəti olan əmək pensiyaçılarının pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR