Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 13% artıb

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 13% artıb
# 18 iyul 2011 09:34 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə DSMF sədri Səlim Müslümov bu gün fondda keçirilən 2011-ci ilin I yarımilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, cari ilin ilk 6 ayı ərzində daxil olmuş 561,6 mln. manat məcburi dövlət sosial sığorta haqqının 59,4%-i və ya 333,8 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Fond sədri qeyd edib ki, bu, əvvəlki ilə nisbətən 13,9% və ya 40,7 mln. manat artım deməkdir: “Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə fiziki şəxslər üzrə daxilolmalar 16,7%, torpaq mülkiyyətçiləri üzrə isə 18,4% artıb”.

S.Müslümov ilin ilk yarısında sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesinin davam etdirildiyinin də deyib. Onun sözlərinə görə, cari ilin 6 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 98 mindən artıq sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə iyulun 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 898 462 nəfərə çatıb: “Eyni zamanda 6 ay ərzində sığortaolunanlara 25,34 mln. manat müavinət ödənilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 11% artıqdır. Əksinə, digər xərclər üzrə isə məbləğ ilin ilk ayına nisbətən 26,3% və ya 7 mln. manat az olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR