Bank Of Baku

Azərbaycanda pensiyaçıların 99%-dən çoxu pensiyasını plastik kartlarla alır

Azərbaycanda pensiyaçıların 99%-dən çoxu pensiyasını plastik kartlarla alır
# 18 iyul 2011 09:38 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri genişləndirilib. “APA-Economics”in xəbərinə görə, bu barədə DSMF sədri Səlim Müslümov bu gün fondda keçirilən 2011-ci ilin I yarımilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100%-i, kəndlərdə 98,7%-i, ümumilikdə isə ödəniş aparılan pensiyaçıların 99,4%-i pensiyasını plastik kartlarla alır: “İlin ilk yarısında ehtiyac olan ərazilərdə əlavə olaraq 10 bankomat quraşdırılıb və pensiyaçılara xidmət göstərən bankomatların sayı 507-yə çatdırılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR