Bank Of Baku

DSMF-nin yerli orqanlarının vəzifəli şəxsləri barəsində intizam tənbehi tədbirləri görülüb

DSMF-nin yerli orqanlarının vəzifəli şəxsləri barəsində intizam tənbehi tədbirləri görülüb
# 18 iyul 2011 09:45 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, iclasda ölkə başçısının “2009-2015-ci illərdə Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” ilə icrası 2011-cu il üçün nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi vəziyyəti ətraflı müzakirə olunub.

Müzakirələr zamanı sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin sürətləndirilməsi üçün tapşırıqlar verilib. İclasda iyulun 1-dən etibarən tətbiq olunan pensiya artımları ilə bağlı əhalinin yerlərdə məlumatlandırılması, mümkün narahatlıqların vaxtında qarşısının alınması üçün əhali ilə işin daha da gücləndirilməsi müzakirə edilib. Şöbə müdirlərinə əhalinin bu istiqamətdə olan hər hansı müraciətinin diqqətlə araşdırılması, vətəndaşların məhdudiyyətsiz qəbul olunması və bütün müraciətlər üzrə təcili tədbirlərin görülməsinin təmin olunması barədə ciddi tapşırıqlar verilib. Kollegiya iclasında həmçinin fəaliyyətlərində nöqsanlara yol verən fondun yerli orqanlarının vəzifəli şəxsləri barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul olunub.

İclas fondun orqanları üzrə hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrin müzakirəsi ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR