Bank Of Baku

Lənkəranda ibtidai sinif müəllimləri üçün 10 günlük regional seminar keçirilir

Lənkəranda ibtidai sinif müəllimləri üçün 10 günlük regional seminar keçirilir
# 18 iyul 2011 10:38 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gündən etibarən Təhsil Nazirliyi və UNİSEF-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Lənkəranda ibtidai sinif müəllimləri üçün 10 günlük seminar işə başlayıb. APA-nın cənub bürosunun məlumatına görə, şəhər 4 saylı orta məktəbin binasında təşkil olunmuş tədbirə bölgənin 6 rayonunun pedaqoji işçiləri cəlb olunublar. Seminarın əsas məqsədi ibtidai sinif müəllimlərinə XXI əsrin yeni tədris metodlarını öyrətməkdən ibarətdir. Seminarı başa vurmuş müəllimlərə müvafiq sertifikatlar veriləcək. Tədbirdən yayınan şəxslər isə məktəbdə dərs vermək hüququndan məhrum olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR