Bank Of Baku

Azərbaycan gəncləri üçün Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edilib

Azərbaycan gəncləri üçün Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edilib
# 18 iyul 2011 11:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan gəncləri üçün Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçirilən müsabiqədə iştirak etmək istəyən şəxslər iyulun 19-dan etibarən TQDK-nın internet saytında müvafiq səhifəyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Müsabiqənin birinci mərhələsində TQDK tərəfindən cari ildə Azərbaycan bölməsi üzrə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 400 və daha yüksək bal toplamış Azərbaycan vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər. İkinci mərhələdə qəbul elanında qeyd olunmuş boy, çəki normalarına və digər şərtlərə uyğun gələn namizədlər arasında seçim aparılacaq. Müsabiqənin yekunlarına əsasən 5 nəfər Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcək. Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq həmin ölkədə 1 il təkmilləşdirmə kursuna cəlb olunacaqlar.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR