Bank Of Baku

QAT azyaşlı azərbaycanlı qızın erməni təxribatı nəticəsində həlak olması ilə bağlı bəyanat verib

QAT azyaşlı azərbaycanlı qızın erməni təxribatı nəticəsində həlak olması ilə bağlı bəyanat verib
# 18 iyul 2011 11:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Tovuz rayonunda azyaşlı azərbaycanlı Aygün Şahmalıyevanın erməni təxribatı nəticəsində həlak olması ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, işğalçı və terrorçu Ermənistan rejiminin oyuncağın içərisinə partlayıcı qurğu qoyaraq daha bir azərbaycanlı uşağı qətlə yetirilməsi bəşəriyyət və bütün insanlığa qarşı cinayətdir: “Beynəlxalq təşkilatlar bilməlidirlər ki, işğalçı və terrorçu Ermənistan rejiminin antibəşəri hərəkətlərinə artıq son qoyulmalıdır. Qəddafiyə qarşı bütün silah arsenalı ilə birləşmiş və Qəddafi rejiminə qarşı mübarizədə heç nədən çəkinməyən dünyanın, beynəlxalq təşkilatların uşaq qatili Serj Sərkisyana və onun rəhbərlik etdiyi rejimə bu qədər dözüm göstərməsi başa düşülən deyil. Serj Sərkisyan, Robert Koçaryan, Seyran Ohanyan, Levon Ter-Petrosyan və onların təmsil etdikləri rejimlər Ermənistanın Quqark rayonunda 71 uşağı diri-diri borunun içərisinə doldurub kənarlarını qaynaq edərək tədrici ölümə məhkum edib, Xocalıda 63 uşağı xüsusi qəddarlıqla qətlə yetirib, Ağdam ərazisində 9 yaşlı uşağı snayper gülləsi ilə qətlə yetirib, indi isə yalnız ən vəhşi terrorçu qrupların istifadə etdikləri metoda əl atır-uşaq oyuncaqlarını qətl alətinə çevirirlər”.

Bəyanatda qeyd olunub ki, ermənilərin bu vəhşilikləri davam etdirərək cəzasız qalmasının məsuliyyəti ilk növbədə beynəlxalq təşkilatların üzərinə düşür: “Cəmiyyət səviyyəsində ermənilərlə “xalq diplomatiyası” qurmaq istəyənlər heç olmasa bu qanlı hadisədən sonra nəyə getdiklərinin fərqinə varmalıdırlar. “Sülh göyərçinləri” bilməlidirlər ki, uşaq qatilləri ilə “xalq diplomatiyası” qurmağın, münasibətləri normallaşdırmaq cəhdlərinin heç bir mənası yoxdur. Uşaq qatilləri öz cəzalarını almalıdırlar!”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR