Bank Of Baku

Dövlət Əmək Müfəttişliyi Xidməti: “Temperaturun 41 dərəcədən yuxarı olduğu açıq havada iş dayandırılmalıdır”

Dövlət Əmək Müfəttişliyi Xidməti: “Temperaturun 41 dərəcədən yuxarı olduğu açıq havada iş dayandırılmalıdır”
# 18 iyul 2011 11:45 (UTC +04:00)
Belə şəraitdə işə ya fasilə verilir, ya da iş tamamilə dayandırılır”. Bunu “APA-Economics”-ə Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Məhərrəm Məhərov deyib. M. Məhərov bildirib ki, əks halda, əmək şəraitinin düzgün təşkil olunmaması əsas götürülərək, tikinti sahibkarını 1500 manatadək cərimə gözləyir.

Onun sözlərinə görə, işə 2-3 saat fasilə verildikdə bu, işçinin əmək haqqına heç bir təsir etmir. Amma iş dayandırıldıqda boş dayanma kimi işçilərə əmək haqqının 2/3 hissəsindən az olmayaraq ödəniş edilməlidir. Rəis müavini onu da deyib ki, kölgədə aparılan iş davam etdirilir, belə yerlərdə fasilə və ya işin dayandırılması tələb olunmur: “Temperaturun 41 dərəcədən artıq olduğu açıq havada iş dayandırılmalıdır.

Bu qaydalara nəzarət mexanizminə gəlincə, M.Məhərov qeyd edib ki, bununla bağlı hər il sahibkarlara xəbərdarlıqlar edilir: “Düzdür, tikinti aparılan bütün obyektlərə eyni zamanda nəzarət mümkün deyil, amma buna nəzarət olunur. Hələlik Azərbaycanda hidrometeoroloqlar tərəfindən 41 dərəcədən artıq istinin olacağı haqda xəbərdarlıq olunmayıb. Olunarsa, bu sahədə hökmən ciddi nəzarət tətbiq ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR