Bank Of Baku

Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı ilk imtahan ibtidai sinif, sonuncu imtahan isə fiziki tərbiyə müəllimliyi ixtisası üzrə olacaq

Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı ilk imtahan ibtidai sinif, sonuncu imtahan isə fiziki tərbiyə müəllimliyi ixtisası üzrə olacaq
# 18 iyul 2011 14:04 (UTC +04:00)
Bu haqda APA-ya Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin əməkdaşı Zöhrab Kəlvəliyev bildirib. Onun sözlərinə görə, iyulun 26-dan 30-dək ibtidai sinif müəllimliyi, avqustun 1-dən 5-dək ingilis, avqustun 8-dən 11-dək Azərbaycan dili və ədəbiyyat, avqustun 12-də kimya, avqustun 15-16-da tarix, avqustun 17-18-də biologiya, avqustun 22-dən 24-dək riyaziyyat, avqustun 25-də informatika, avqustun 26-da coğrafiya, avqustun 29-da gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı, musiqi və nəğmə, təsviri incəsənət, avqustun 30-da isə fiziki tərbiyə müəllimliyi ixtisasları üzrə imtahanlar keçiriləcək.

Z. Kəlvəliyev qeyd edib ki, imtahanlar haqqında məlumatlar elektron ərizə verən hər bir müəllimin şəxsi kabinetinə göndəriləcək: “İmtahanlar Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçiriləcək. İmtahanlar səhər saat 9-dan axşam saat 6-dək davam edəcək. Hər bir müəllim kompüter qarşısında 1 saat ərzində imtahan verəcək. Hər saatın tamamında imtahan verən qrup digər qrupla əvəzlənəcək”.

Qeyd edək kİ, Azərbaycanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə elan edilən vakant yerlərə 9342 nəfər ərizə verib. Hazırda Azərbaycanda 2177 müəllimə ehtiyac var. Vakant yerlərin 374-ü Bakı, 1803-ü isə digər şəhər və rayonlar üzrədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR