Bank Of Baku

Azərbaycan 2012-ci ildə Ümumdünya Poçt İttifaqının Qlobal monitorinq sisteminə qoşulacaq

Azərbaycan 2012-ci ildə Ümumdünya Poçt İttifaqının Qlobal monitorinq sisteminə qoşulacaq
# 30 iyul 2011 11:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Gələn il təyinat ölkəsinə çatdırma keyfiyyətinin ölçülməsi üçün «Azərpoçt» MMC Ümumdünya Poçt İttifaqının (ÜPİ) Qlobal monitorinq sisteminə (UPU Global Monitoring System) qoşulmağı planlaşdırır.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə ÜPİ-nin eksperti Fal Birahlil müvafiq tədqiqat işlərinin aparılması üçün Azərbaycana gəlib. Səfər zamanı ÜPİ nümayəndəsi «Azərpoçt» MMC-nin aidiyyatı işçiləri ilə görüşlər keçirib, Poçt Daşıma Mərkəzində və Heydər Əliyev Hava Limanında Poçt mübadiləsi mərkəzində olaraq qurulacaq avadanlıqlar üçün yerlər müəyyənləşdirib, texnoloji proseslərin təkmilləşdirilməsi üçün müvafiq təkliflərini verib.

Qeyd edək ki, 2014-cü ildən başlayaraq ÜPİ-nin üzv ölkələri arasında beynəlxalq məktub korrespondensiyasının mübadiləsinə görə qarşılıqlı hesablaşmada təkcə trafik deyil, həmçinin təyinat ölkəsinə çatdırma keyfiyyəti nəzərə alınacaq. Bununla bağlı «Azərpoçt» MMC tərəfindən cari ildə bir sıra hazırlıq işləri həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR