Bank Of Baku

Hacıqabulda daxili qoşunların şəxsi heyəti üçün nəzərdə tutulan yaşayış binanın açılışı olub

Hacıqabulda daxili qoşunların şəxsi heyəti üçün nəzərdə tutulan yaşayış binanın açılışı olub
# 02 avqust 2011 09:01 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabulda daxili qoşunların şəxsi heyəti üçün nəzərdə tutulan binanın açılış mərasimi olub. Bu barәdә APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon icra hakimiyyəti başçısının birinci müavini Sahib Aslanov məlumat verib. Onun sözlərinə görə, bu gün Hacıqabul rayonunda Daxili İşlər Nazirliyinin daxili qoşunlarının dislokasiya olunan zabit heyəti üçün 68 mənzilli yaşayış binasının açılış mərasimi olub. Açılış mərasimində daxili işlər naziri Ramil Usubov, Daxili Qoşunların komandanı Zakir Həsənov, Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov və daxili qoşunların şəxsi heyəti iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR