Bank Of Baku

Gürcüstanda “Qafqazın seysmik təhlükələrə reaksiyası” layihəsi çərçivəsində seminar keçirilib - FOTO

Gürcüstanda “Qafqazın seysmik təhlükələrə reaksiyası” layihəsi çərçivəsində seminar keçirilib - <font color=red>FOTO</font>
# 02 avqust 2011 12:20 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Gürcüstan Dövlət Universiteti NATO-nun “Qafqazın seysmik təhlükələrə reaksiyası” adlı layihəsi çərçivəsində çöl kəşfiyyat işləri və layihənin son nəticələri ilə bağlı seminar keçirib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) APA-ya verilən məlumata görə, çöl işləri tədqiqat sahəsi kimi seçilmiş Cavaxeti regionunda yerinə yetirilib. Bu məqsədlə regionun 5 məntəqəsində müvəqqəti seysmik stansiyalar quraşdırılıb. Bu stansiyalar Guralp CMG-6T seysmoqrafları ilə təchiz olunublar və onların quraşdırılması Azərbaycan tərəfindən həyata keçirilib. Sonda bu stansiyalar vasitəsilə alınmış seysmik yazılar analiz olunub. Eyni zamanda regionun Abuli gölü ətrafında geofiziki tədqiqat işləri yerinə yetirilib. Geofiziki tədqiqatlar seysmik, elektrometriya və geolokasiya (GPR- ground penetrating radar) kəşfiyyat işlərindən ibarət olub.
Tədbirlərdə ABŞ, Türkiyə, Yunanıstan, Gürcüstan və Qırğızıstan alim və tədqiqatçıları iştirak ediblər. Azərbaycan tərəfi bu tədbirdə AMEA RSXM-in Makroseysmik Tədqiqatlar şöbəsini müdiri Etibar Qaravəliyev, Episental bölmənin müdiri Hidayət Tahirov və mərkəzin digər əməkdaşları Murad Tahirov, Azər Rzayev, Mustafa Bəkirov və Mirhakim Talıbov təmsil ediblər.
Seminar Gürcüstanın Abastumani Rəsədxanasında keçirilib və burada iştirakçı dövlətlərin alimləri tərəfindən məruzələr dinlənilib. Seminarda E. Qaravəliyev “Azərbaycan ərazisinin seysmik təhlükəliliyinin hesablanmasında yeni yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR