Bank Of Baku

Mahmud Kərimov Azərbaycanda keçirilən MDB ölkələrinin gənc arxeoloqlarının yay məktəbi layihəsinin iştirakçıları ilə görüşüb

Mahmud Kərimov Azərbaycanda keçirilən MDB ölkələrinin gənc arxeoloqlarının yay məktəbi layihəsinin iştirakçıları ilə görüşüb
# 02 avqust 2011 13:48 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov bu gün Azərbaycanda keçirilən MDB ölkələrinin gənc arxeoloqlarının yay məktəbi layihəsinin iştirakçıları ilə görüş keçirib. APA-nın AMEA-nın internet saytına istinadən verdiyi xəbərə görə, görüşdə Gənc Alimlər, Aspirantlar və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov da iştirak edib.
Görüşdə bildirilib ki, “Gənc arxeoloqların yay məktəbi”ni MDB Ölkələri Humanitar Əməkdaşlıq Fondu AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Gənc Alimlərin İntellektual İnkişaf Mərkəzi” ilə birlikdə Tovuz rayonunda fəaliyyət göstərən arxeoloji ekspedisiyanın nəzdində təşkil edib. Məktəb “Cənubi Qafqazın qədim mədəniyyətləri” mövzusunda beynəlxalq layihə çərçivəsində təşkil olunub.
M. Kərimov arxeologiya sahəsində aparılan elmi-tədqiqat işlərindən də danışıb. Arxeoloji qazıntıların Azərbaycanın tarixi haqqında yeni məlumatlar verdiyini söyləyən M. Kərimov AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda bu sahədə aparılan arxeoloji tədqiqatlar, müxtəlif ölkələrlə, beynəlxalq təşkilatlarla həyata keçirilən birgə layihələr, yaradılmış muzeylər haqqında danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR