Bank Of Baku

Qəhrəman Ağayev: “Quba məzarlığındakı yeganə quyu yaxın bir ay ərzində dağıla bilər”

Qəhrəman Ağayev: “Quba məzarlığındakı yeganə quyu yaxın bir ay ərzində dağıla bilər”
# 19 avqust 2011 12:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Qubadakı kütləvi məzarlığın yeganə quyusunda yaranan çat genişlənib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, Quba Memorial Xatirə Kompleksində həyata keçirilən tikinti işlərinin nəzarətçi-tədqiqatçısı Qəhrəman Ağayev deyib. O bildirib ki, artıq quyuda yaranan çatın eni 13 sm-ə qədər genişlənib: “Yaxın bir ay ərzində tədbir görülməsə, Quba məzarlığındakı yeganə quyunu itirəcəyik. Quyu tamamilə çökəcək. Məzarlığın digər yerləri qaydasındadır. Amma quyunu artıq saxlaya bilmirik. Sümüklərdə şiddətli dərəcədə eroziya gedir”.

Qeyd edək ki, Qubada kütləvi məzarlıq 2007-ci ildə aşkara çıxarılıb. Məzarlıqda sümüklərlə dolu birinci quyu həmin ilin iyul ayında, ikinci quyu isə sentyabr ayında tapılıb. Lakin lazımi tədbirlər görülmədiyindən məzarlıqdakı ikinci quyu 2007-ci ilin noyabr ayında dağılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR