Bank Of Baku

Azərbaycanda “Tələbə kartı” tətbiq edilə bilər

Azərbaycanda “Tələbə kartı” tətbiq edilə bilər
# 19 avqust 2011 13:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Avropa Gənclər Kartı Assosiasiyasının (EYCA) İdarəetmə Heyətinin prezidenti Jarkko Lehikoinen avqustun 22-də Bakıya səfərə gələcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bir gün davam edəcək səfərdə məqsəd Avropa Gənclər Kartının Azərbaycanda inkişaf potensialını, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən “Azərbaycan Tələbə Kartı”nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məsələlərini müzakirə etməkdir.
Avropa Gənclər Kartı 30 yaşa qədər olan gənclər üçün Avropa miqyasında mədəniyyət, səyahət, otel, mal və xidmətlər sahəsində 80.000 xidmət növünə endirim və güzəştlərdən yararlanmağa imkan verən sistemdir. Bu kart dünyanın 37 ölkəsində buraxılıb və razılıqla qarşılanıb. Dünya üzrə 4 milyondan çox kart daşıyıcısı tərəfindən istifadə olunur. Azərbaycan Avropa Gənclər Kartı Assosiasiyasına 2010-cu ilin mart ayında qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR