Bank Of Baku

Avqustun 22-də doktorantura pilləsinə sənəd qəbulu haqqında elan veriləcək

Avqustun 22-də doktorantura pilləsinə sənəd qəbulu haqqında elan veriləcək
# 19 avqust 2011 14:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Avqustun 22-də Azərbaycanda doktorantura pilləsinə sənəd qəbulu haqqında elan veriləcək. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti Arif Həşimov deyib. O bildirib ki, elan “Elm” qəzetində dərc olunacaq.

Sentyabrın 1-dən 30-na qədər doktoranturaya sənəd qəbulu aparılacaq. Qəbul imtahanları oktyabrda keçiriləcək. AMEA-nın hər institutu imtahan günlərini özü müəyyənləşdirəcək.

Qeyd edək ki, bu il AMEA üzrə 200, respublika üzrə isə təxminən 500-ə yaxın şəxsin doktoranturaya qəbul olunacağı planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR