Bank Of Baku

Goranboyda «Aqrar iqtisadiyyat» mövzusunda seminar keçirilib

Goranboyda «Aqrar iqtisadiyyat» mövzusunda seminar keçirilib
# 19 avqust 2011 16:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Goranboyda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə “Aqrar iqtisadiyyat” mövzusunda seminar keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin, Goranboy Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri, eləcə də 20-dən çox sahibkar iştirak edib.

Seminarda iştirakçılara «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Qanun, «2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair»
Dövlət Proqramı, aqrar-sənaye kompleksinin tərkib hissələri, təsərrüfatçılığın yeni formaları, regionda meyvə-tərəvəz, heyvandarlıq və digər kənd təsərrüfatı məhsullarının istehsalının inkişaf istiqamətləri, yüksək keyfiyyətli məhsul istehsalı və satışını təmin etmək üçün işgüzar əlaqələrin qurulması ilə bağlı geniş məlumatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR