Bank Of Baku

Zaqatalada zibil emalı poliqonu inşa edilib - FOTO

Zaqatalada zibil emalı poliqonu inşa edilib - <font color=red>FOTO </font>
# 19 avqust 2011 16:37 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilmiş “Zaqatala rayonunda tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi” layihəsinin başa çatması münasibətilə tədbir keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, layihə “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində gerçəkləşib. Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübarız Əhmədzadə, millət vəkili Hikmət Atayev, müvafiq təşkilat nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə bildirilib ki, Azərbaycanın kənd rayonları sırasında ilk dəfə Zaqatalada tullantıların idarə olunması sisteminin yaxşılaşdırılması məqsədilə müasir zibil emalı poliqonu inşa edilib. Layihənin məqsədi tullantıların çeşidlənməsi və yenidən emal edilməsi üçün qurğuların, eyni zamanda emal olunmayan tullantıların yandırılaraq məhv edilməsindən ibarətdir. Bir hektar ərazidə inşa edilən tullantıların emalı poliqonu ərazisində yaşıllaşdırma işləri aparılıb. Qrant yardımının ümumi məbləği 102 min ABŞ dollarıdır. Zavod istifadəyə verildikdən sonra burada 10 nəfərin işləməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR