Bank Of Baku

Şəmkir-Qaracəmilli beynəlxalq arxeoloji ekspedisiyasının təqdimatı münasibəti ilə elmi konfrans keçirilib

Şəmkir-Qaracəmilli beynəlxalq arxeoloji ekspedisiyasının təqdimatı münasibəti ilə elmi konfrans keçirilib
# 22 avqust 2011 09:08 (UTC +04:00)
Şəmkir. Ayxan Hüseynov-APA. Şəmkirdə beynəlxalq Şəmkir-Qaracəmilli arxeoloji ekspedisiyasının təqdimatı münasibəti ilə elmi konfrans keçilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, konfrans iştirakçıları orta əsrlərə aid edilən Şəmkir qalasında tapılan qiymətli arxeoloji materiallara yerində baxış keçiriblər. Daha sonra isə qonaqlar Qaracəmirli kəndindəki qədim saray yeri ilə tanış olub, orada aparılan arxeoloji qazıntılarla maraqlanıblar. Qaracəmilli arxeoloji qazıntılar ekspedisiyasının rəhbəri İlyaz Babayev bildirib ki, burada Azərbaycan, Almaniya, Gürcüstan və Rusiyadan olan mütəxəssislər qazıntıları peykdən çəkilmiş xəritə vasitəsi ilə aparırlar. Sarayın indiyədək aşkarlanan bir neçə otağında qədim memarlıq üslubunda yonulmuş sütun altlıqları tapılıb. Arxeoloji araşdırmalarla tanışlıqdan başlayan konfransda çıxış edən AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov Şəmkir ərazisində aparılan arxeoloji qazıntıların Azərbaycan tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib. “Azərbaycan bir sivilizasiya ölkəsidir. Bugünkü arxeoloji tapıntılar isə həmin sivilizasiyanı təsdiq edən sənədlərdir. Mütəxəssislərin dediyinə görə, Qaracəmillidə aşkar edilən saray təxminən 2500-2600 yaşı olan abidədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR