Bank Of Baku

Azərbaycanın Şimal-qərb və Qərb bölgələrinə aylıq normanın 22-43 faizi miqdarında yağıntı düşüb

Azərbaycanın Şimal-qərb və Qərb bölgələrinə aylıq normanın 22-43 faizi miqdarında yağıntı düşüb
# 22 avqust 2011 10:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Dünən axşamdan başlayaraq bu gün səhərə qədər davam edən yağıntılar nəticəsində Azərbaycanın Balakən-Zaqatala bölgəsinə aylıq yağıntının 43 faizi, Daşkəsənə 23 faizi, Gədəbəyə 22 faizi miqdarında yağıntı düşüb. Yağan leysan yağışları nəticəsində Talaçaydan qısamüddətli daşqın və sel keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, ümumilikdə Balakəndə 32 mm, Zaqatalada 26 mm, Tərtərdə 21 mm, Kişkənddə 20 mm, Gədəbəydə 12 mm, Daşkəsən və Tovuzda 10 mm, Naftalanda 9mm, Bərdədə 7 mm, Oğuzda 4 mm, Göytəpə və Göygöldə 3 mm, Gəncə, Şəki, Göyçayda 2 mm, Şəmkir, Ağstafa, İsmayıllı, Quba, Yevlax, Zərdab, Kürdəmir, Lənkəranda 0, 009 mm yağıntı düşüb.

Şöbə rəisinin sözlərinə görə, yaxın 3 gün ərzində də ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağışın lokal leysan xarakterli olacağı, dağlıq ərazilərə dolu düşəcəyi ehtimalı var. Temperatur tədricən 4-6 dərəcə aşağı enəcək, yağan yağışlar nəticəsində çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

G. Məmmədova deyib ki, yağan yağıntılar nəticəsində Kür çayının səviyyəsi Qıraq Kəsəməndə 6 cm, Yevlaxda 14 sm, Zərdabda 9 sm, Surrada 7 sm, Şirvanda 10 sm artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR