Bank Of Baku

“İRƏLİ” Tarix Mərkəzinin “Arxeoloji düşərgə” layihəsi davam edir - FOTO

“İRƏLİ” Tarix Mərkəzinin “Arxeoloji düşərgə” layihəsi davam edir - <font color=red>FOTO</font>
# 22 avqust 2011 10:11 (UTC +04:00)
Bakı – APA. “İRƏLİ” Tarix Mərkəzinin “Arxeoloji düşərgə” layihəsi bu yay Qəbələdə davam edir. Mərkəzdən APA-ya verilən xəbərə görə, avqust ayının 20-dən başlayaraq 20 nəfər gənc Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərində professor Qafar Cəbiyevin rəhbərliyi altında arxeoloji qazıntılara qatılıb.

Qədim Qəbələnin Qala hissəsində e.ə. I əsrdən XVIII əsrə qədər yaşayış olub. 1925-ci ildən başlayaraq fasilələrlə arxeoloji tədqiqatlar aparılan Qala ərazisində indiyə qədər 9 yerdə qazıntı işləri həyata keçirilib. 2011-ci ildə qazıntıları zamanı qalanın 1600 kv.m. ərazisində tədqiqat aparılıb, XIV-XVIII əsrlərə aid üst təbəqə, xüsusilə çaydaşından bina özülləri, dulus kürələri, təndirlər, ocaqlar aşkarlanıb. IX-XIII əsrlərə aid ikinci mədəni təbəqədə əsasən bişmiş kərpicdən bina qalıqları, quyular, daha bir dulus kürəsi, maraqlı şirli və şirsiz saxsı məmulatı, sferokonuslar, çıraqlar üzə çıxarılıb.

Arxeoloji düşərgə iştirakçıları həm IX-XIII əsrlər, həm də XIV-XVIII əsrlər təbəqəsində aparılan arxeoloji tədqiqatlara qoşulublar. Düşərgə avqust ayının 30-na qədər davam edəcək.

“Arxeoloji düşərgə” 2009-cu ildən start götürüb və hər il arxeologiyaya marağı olan gənclərin ölkənin müxtəlif bölgələrində arxeoloji düşərgələrdə iştirakını təmin edir. “İRƏLİ” Tarix Mərkəzinin həyata keçirdiyi layihələrdən 100-ə yaxın gənc faydalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR