Bank Of Baku

Ali məktəblərdə vaxtında qeydiyyatdan keçməyən şəxslərin bəziləri TQDK-ya müraciət edib

Ali məktəblərdə vaxtında qeydiyyatdan keçməyən şəxslərin bəziləri TQDK-ya müraciət edib
# 22 avqust 2011 11:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Ali məktəblərə qəbul olunmuş şəxslərin 99 faizi qeydiyyatdan keçib. Qalan 1 faiz əsasən özəl ali məktəbləri və xüsusi qabiliyyət tələb edən ixtisasları seçmiş şəxslərdir”. Bunu APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə deyib. O bildirib ki, həmin şəxslərdən bəziləri fərdi qaydada bu gün TQDK-ya müraciət edərək üzürlü səbəbdən qeydiyyatdan keçə bilmədiklərini söyləyiblər: “Bu şəxslərin müraciətinə TQDK tərəfindən baxılacaq. Amma cavabın necə olacağı hələlik məlum deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR