Bank Of Baku

“Gənc məhkumlara psixoloji dəstək” layihəsinin icrasına başlanılıb

“Gənc məhkumlara psixoloji dəstək” layihəsinin icrasına başlanılıb
# 22 avqust 2011 13:41 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Avropa Şurası, Avropa Gənclər Fondunun dəstəyi ilə “Gənc Məhkumlara Psixoloji Dəstək” layihəsinin icrasına başlayıb. İctimai Birliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 3 ay müddətinə davam edəcək layihənin əsas məqsədi gənc psixoloqların penitensiar psixologiya sahəsində hazırlanması və gənc məhkumların psixoloji reabilitasiyası işinin həyata keçirməsindən ibarətdir.

Layihə çərçivəsində 2 istiqamətdə iş aparılacaq. İlk olaraq 20 nəfər gənc psixoloq üçün penitensiar psixologiya üzrə xüsusi təlim kursları təşkil ediləcək. Bu kurslarda məhkumun psixoloji portreti və məhkum şəxsiyyətinin xüsusiyyətləri kimi mühüm mövzular tədris ediləcəkdir. İkinci istiqamət olaraq cəzaçəkmə müəssisələrində məhkumlar və müəssisə əməkdaşları üçün psixoloji seminarlar keçiriləcək. Cəzaçəkmə Müəssisələrində keçiriləcək bu seminarlar 3 pillədə reallaşdırılacaq. Hər müəssisədə ilk olaraq məhkumlar, ikinci pillədə müəssisə əməkdaşları üçün psixoloji seminarlar keçiriləcək və seminarın sonunda hər iki tərəfin – məhkumların və nəzarətçilərin iştirakı ilə konfliktlərin həlli ilə bağlı qrup işləri aparılacaq.

Cəzaçəkmə Müəssisələrində psixoloji seminarların keçirilməsi həm məhkumların psixoloji reabilitasiyası işinin aparılmasına, həm də gənc psixoloqların məhkumlarla psixoloji işin aparılmasında praktiki vərdişlərə yiyələnmələrinə kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR