Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yaradılmış İctimai Şuranın növbəti iclası keçirilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yaradılmış İctimai Şuranın növbəti iclası keçirilib - <font color=red>FOTO</font>
# 22 avqust 2011 14:16 (UTC +04:00)
Bakı-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yaradılmış İctimai Şuranın növbəti iclası keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda Şurada təmsil olunan təşkilatların - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatının, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun, Korrupsiyaya Qarşı Mübarizə Üzrə QHT-lərin Məlumatlandırma və Əməkdaşlıq şəbəkəsinin, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə Təşkilatının nümayəndələri iştirak edib.

İclasda Şuranın tərkibində olmaqla nazirliyin fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə yaradılmış işçi qruplarının tərkibinin müəyyənləşdirilməsi və növbəti pilot rayonlarda həyata keçirilməsi nəzərdə tutulan “Özünədəstək” Sosial Yardım Proqramına cəlb olunacaq ailələrin seçilməsi işlərində Şurada təmsil olunan ictimai təşkilatların nümayəndələrinin fəal iştirakının təşkili məsələləri müzakirə edilib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura cari ilin may ayında yaradılıb. Şuranın yaradılmasında məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi, sosial müdafiə tədbirlərinin təşkilində şəffaflığın artırılması, QHT-lərlə birgə sosial layihələrin işlənməsi və icrası, müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsindən ibarətdir.

Şuranın tərkibində 4 istiqamət üzrə (Sosial yardım və sosial müavinət məsələləri üzrə; Sosial xidmət məsələləri üzrə; Tibbi-sosial reabilitasiya məsələləri üzrə; İşsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi və işçilərin əmək hüquqlarının qorunması məsələləri üzrə) işçi qrupları fəaliyyət göstərir. Hər bir işçi qrupda Nazirliyin nümayəndələri seçilmiş istiqamət üzrə, həmçinin Özünədəstək Sosial Yardım Proqramına cəlb ediləcək ailələrin seçilməsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları və Ombudsman Aparatı ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR