Bank Of Baku

Gənclər və idman naziri Azad Rəhimov Avropa Gənclər Kartı Assosiasiyasının İdarə Heyətinin prezidentini qəbul edib

Gənclər və idman naziri Azad Rəhimov Avropa Gənclər Kartı Assosiasiyasının İdarə Heyətinin prezidentini qəbul edib
# 22 avqust 2011 14:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və idman naziri Azad Rəhimov Avropa Gənclər Kartı Assosiasiyasının İdarə Heyətinin prezidenti Jarkko Lehikoini qəbul edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Avropa Gənclər Kartının Azərbaycanda inkişaf potensialı, gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məsələləri müzakirə olunub.

Nazir 2015-ci ildə Bakının “Avropanın gənclər paytaxtı” olması təklifinin irəli sürüldüyünü və bu nüansı nəzərə alaraq bu kart vasitəsilə Azərbaycan və avropalı gənclərin daha da yaxınlaşmasına, onların müxtəlif layihələrdə birgə iştiraklarına şərait yaradılacağını deyib.

J. Lehikoin Avropa ölkələrində kartın istifadəçilərinin əsasən aktiv tələbələr olduğunu, lakin buna baxmayaraq digər gənclərin də kartla təmin edildiyini diqqətə çatdırıb. Avropa Gənclər Kartı 30 yaşa qədər olan gənclər üçün Avropa miqyasında mədəniyyət, səyahət, otel, mal və xidmətlər sahəsində 80 000 xidmət növünə endirim və güzəştlərdən yararlanmağa imkan verən sistemdir. Dünya üzrə 4 milyondan çox kart daşıyıcısı tərəfindən istifadə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR