Bank Of Baku

Bir qrup məhkəmə işçisi “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub

Bir qrup məhkəmə işçisi “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub
# 23 avqust 2011 07:29 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyində dövlət təltiflərinə layiq bilinən bir qrup məhkəmə işçisinə mükafatların təqdim olunması mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edib. Bu il dövlət qulluqçularının peşə bayramı ərəfəsində ölkə prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalıyla təltif olunan bir qrup məhkəmə işçisinə F. Məmmədov tərəfindən həmin medallar təqdim olunub.

Uzun müddət dövlət qulluğunda fəaliyyət göstərdiklərinə görə təltif olunanlar əməklərinə verilən qiymətə və göstərilən qayğıya görə minnətdarlıqlarını ifadə ediblər və bundan sonra da layiqincə fəaliyyət göstərəcəklərini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR