Bank Of Baku

Penitensiar Xidmətin rəisi Mədət Quliyev: “Səhiyyə xidmətinin səviyyəsinin artması nəticəsində ağ ciyər vərəmindən ölən məhkumların sayı azalıb”

Penitensiar Xidmətin rəisi Mədət Quliyev: “Səhiyyə xidmətinin səviyyəsinin artması nəticəsində ağ ciyər vərəmindən ölən məhkumların sayı azalıb”
# 23 avqust 2011 07:42 (UTC +04:00)
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, görüşdə çıxış edən Penitensiar Xidmətin rəisi, polis general-mayoru Mədət Quliyev qurumun fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması yeni penitensiar müəssisələrin inşası istiqamətində görülən işlər barəsində məlumat verib. M.Quliyev son illər ərzində BQXK ilə əməkdaşlığın daha da genişlənməsi nəticəsində məhkumlara və təqsirləndirilən şəxslərə, xüsusilə də ağ ciyər vərəminə düçar olmuşlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin xeyli artdığını, bunun da nəticəsində həmin xəstəlikdən vəfat edən şəxslərin sayının nəzərə çarpacaq dərəcədə azaldığını bildirib.

Silvi Qrənişer təmsil etdiyi komitə tərəfindən saxlanma yerləri ilə bağlı proqram çərçivəsində 2009-2010-cu illər ərzində 17 nəfər əlil məhkuma ortopedik yardımın göstərildiyini və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi çərçivəsində hal-hazırda protezlərə ehtiyacı olan növbəti məhkumların Penitensiar Xidmətlə birgə müəyyənləşdirildiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR