Bank Of Baku

Sabahdan 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak üçün “İmtahana buraxılış vərəqələri”nin verilməsinə başlanacaq

Sabahdan 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak üçün “İmtahana buraxılış vərəqələri”nin verilməsinə başlanacaq
# 23 avqust 2011 09:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sabahdan ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş abituriyentlərə “İmtahana buraxılış vərəqələri”ni və “Abituriyentin vəsiqəsi”ni verməyə başlayacaq. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, abituriyentlər “İmtahana buraxılış vərəqələrini” və “Abituriyentin vəsiqəsini” elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından (SQK) əldə edə bilərlər. Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsini” və “Abituriyentin vəsiqəsi”ni aparmalıdırlar. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
E. Nağızadə deyib ki, TQDK tərəfindən abituriyentlərə SQK-da ödənişsiz “Yaddaş kitabçası” təqdim olunacaq. Burada onların imtahanda davranış qaydaları, hüquq və vəzifələri geniş şərh olunub: “Hər bir abituriyent “Yaddaş kitabçası”nı diqqətlə oxumalı və imtahan zamanı orada göstərilmiş qaydalara riayət etməlidir. İmtahan binasına köməkçi vasitə gətirmək qəti qadağandır. Buraxılış rejimində üzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR